Logo

“Rezidenturaya birlikdə hazırlaşaq" layihəsinə 200-ə yaxın tələbə və məzun qoşulub

12.06.2021 12:06 345 baxış
IMG

Azərbaycan Tibb Universitetində (ATU) “Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi çərçivəsində bu ilin ilk vebinarı keçirilib. Normal fiziologiya fənni üzrə təşkil olunan vebinara qeydiyyatdan keçmiş 200-ə yaxın tələbə və məzun qoşulub.

 

Vebinarda əvvəlcə ATU-nun əməkdaşı, dosent Aqil Əliyev öncədən müəyyən olunmuş mövzular üzrə geniş izahlı çıxış edib. Sonra isə iştirakçıların sualları cavablandırılıb.

 

Zoom platforması üzərindən baş tutan onlayn görüş ATU-nun Tələbə Gənclər Təşkilatının feysbuk səhifəsində canlı yayımlanıb. Bununla da 3 saatdan artıq davam edən vebinarın daha geniş auditoriya tərəfindən izlənilməsinə imkan yaradılıb.

 

Qeyd edək ki, “Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi ATU, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və ATU-nun Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilir. Məqsəd rezidenturaya hazırlaşan gənclərə yardım etmək, onların daha çox bilik əldə etməsini dəstəkləməkdir.

Xəbər lenti