Logo

ATU-nun Tədris Terapevtik Klinikasının yay dövründə fəaliyyəti müzakirə edilib

11.06.2021 21:48 109 baxış
IMG

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın növbəti toplantısı keçirilib. Toplantıda klinikanın may ayı üçün fəaliyyəti qiymətləndirilib və qarşıdakı dövr üçün vəzifələri müzakirə olunub.

 

Klinika direktorunun müalicə işləri üzrə müavini Fəridə Hacıyeva son aylar ərzində müəssisənin tibbi fəaliyyəti, işlərin müəyyən istiqamətlər üzrə təşkili, mövcud çətinliklər barədə məlumat verdi. Qəbul və Təcili Tibbi Yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov klinikada xəstələrin qəbulu ilə bağlı yaranan problemlərdən söz açdı.

 

Daha sonra çıxış edən klinikanın direktoru professor Surxay Musayev yay aylarında klinikanın işini təşkili və bu sahədə diqqət edilməli məsələlər barədə fikirlərini bölüşdü, qarşıda duran vəzifələr haqqında danışdı.

 

Qeyd olundu ki, qarşıdakı aylarda klinikanın fəaliyyəti xəstə qəbulundan və stasionarda olan xəstələrin sayından asılı olaraq müəyyənləşdiriləcək.  Ehtiyac olacağı təqdirdə, bir neçə şöbələrin birləşdirilməsi nəzərdə tutula bilər.

 

Professor Surxay Musayev həmçinin görkəmli alim, professor Tamerlan Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil olunan konfrans barədə məlumat verdi. Kafedra və şöbə müdirlərinə konfransla bağlı tezislərin hazırlanması haqda tapşırıq verildi.

 

Toplantıda bir sıra cari məsələlər müzakirə olundu, bəzilərinin həlli ilə bağlı müvafiq tapşırıqlar verildi.

Xəbər lenti