Logo

Universitet əməkdaşlarına dövlət təltifləri təqdim edilib

11.06.2021 21:01 416 baxış
IMG

İyunun 11-də Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən təltif olunan iki universitetin əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

 

Mərasimdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə bu ali təhsil müəssisəsinin əməkdaşları, eyni zamanda Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə sözügedən ali təhsil müəssisəsinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib.

 

Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev təltifə layiq görülən universitet əməkdaşlarını yüksək dövlət mükafatlarına layiq görülməsi münasibəti ilə təbrik  edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Daha sonra universitetlərin əməkdaşlarına dövlət təltifləri təqdim olunub.

Xəbər lenti