Logo

Azərbaycanda şirkət 20 min manat cərimələndi

11.06.2021 16:22 530 baxış
IMG

“Arzulu firması” ASC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Qazax Rayon Prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

 

Bu barədə  Qazax Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin 2021-ci il 10 iyun tarixli qərarı ilə “Arzulu firması” ASC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.

Xəbər lenti