Logo

AzMİU-nun rektoru Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının medalı ilə təltif olunub

11.06.2021 14:26 495 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ)  “Azərbaycan Həmkarlar İttifaqları – 100 il” yubiley döş nişanı ilə təltif olunub. Yubiley döş nişanını Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv-təşkilatı - ATİAHİ-nin sədr müavini Mirzə Cəfərzadə təqdim edib.

         

M.Cəfərzadə təmsil etdiyi qurumun AzMİU ilə əlaqələrə həmişə böyük önəm verdiyini söyləyib, universitetdə təhsilin keyfiyyətinin artırılması istiqamətində aparılan islahatları böyük rəğbətlə qarşıladıqlarını diqqətə çatdırıb. Eyni zamanda o, AzMİU əməkdaşlarının sosial rifah halının yaxşılaşdırılması üçün universitet rektorluğunun gördüyü işləri xüsusi dəyərləndirib.

         

Rektor ona göstərilən diqqətə görə təşəkkürünü bildirib. Onu da qeyd edək ki, AzMİU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Surxay Əliyev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov da ATİAHİ-nin yubiley döş nişanına layiq görülüblər.

Xəbər lenti