Logo

BDU-nun dekanı idman jurnalistlərinə ustad dərsi keçib

11.06.2021 11:12 111 baxış
IMG

UEFA-nın media tərəfdaşı olan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi - Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) Bakının da ev sahibliyi edəcəyi futbol üzrə Avropa çempionatı öncəsi idman jurnalistlərinin peşəkar inkişafına dəstək məqsədilə may və iyun aylarında keçirdiyi maarifləndirici marafona yekun vurulub.

 

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi ilə əməkdaşlıq çərçivəsində BDU-nun Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Əliyev “İctimaiyyətlə əlaqələrdə auditoriya ilə iş prinsipləri” mövzusunda onlayn ustad dərsi keçib.

 

AİJA-nın BDU-nun Jurnalistika fakültəsi və inSportPress-lə birgə təşkil etdiyi, “Etopaz”ın baş sponsoru olduğu, İdman TV, Oxu.az, Estafet.az və Media.az-ın informasiya dəstəyi verdiyi onlayn dərsin moderatoru, AİJA-nın vitse-prezidenti Anar Şabanoğlu giriş sözündə jurnalistika peşəsinin çətinliyindən danışaraq bir neçə gün əvvəl şəhid olan həmkarlarımız Sirac Abışov və Məhərrəm İbrahimovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

 

Sonra Vüqar Əliyev iştirakçılara “İctimaiyyətlə əlaqələrdə auditoriya ilə iş prinsipləri” mövzusunda ustad dərsi keçib, jurnalistikanın müasir problemlərinə dair sualları cavablandırıb.

Xəbər lenti