Logo

“Tariximizin Dahiləri” kitabı təqdim olunub

11.06.2021 10:56 419 baxış
IMG

Xaricdə Yaşayan Türklər və Əqraba İcmaları İdarəsinin (YTB) dəstəyi ilə Azərbaycanda Gəncliyə Yardım Fondu tərəfindən dərc olunan “Tariximizin Dahiləri” kitabı YTB sədri Abdullah Erenin və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevin iştirak etdiyi onlayn proqramda təqdim olunub.

 

Görüş iştirakçılarını salamlayan Valeh Hacıyev qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri heç vaxt bugünkü qədər yaxın və dərin olmayıb.


V.Hacıyev 44 günlük müharibə dövründə qardaş Türkiyənin dəstəyinin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb. Bəxtiyar Vahabzadə, Çingiz Aytmatov və Məhəmməd Akif Ersoy kimi ədəbi xadimlərin həyatından bəhs edən kitab ədəbiyyatda müstəsna xidmətləri olan türk və azərbaycanlı yazıçılarla yaxından tanış olmağa imkan verir. Bu kitabın yetişməkdə olan gənc nəslə gözəl örnək olacağı qeyd olunub.

Xəbər lenti