Logo

Gəncəli məktəblilərdən qürurlandırıcı addım

16.10.2020 21:49 623 baxış
IMG

Gəncə şəhərinin 10 yaşlı sakini Əli Mustafazadə Azərbaycan Ordusuna dəstək olub.

 

Tehsil.biz xəbər verir ki, Gəncə şəhər 25 saylı məktəbin 4-cu sinfində təhsil alan Əli topladığı 30 manatı Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.

 

O, 12 yaşlı dostu Vüsal Əsədovla birlikdə əsgərlərə məktub yazaraq cəbhəyə göndərib. Vüsal məktubda babasının 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olduğunu da qeyd edib.

 

Həmçinin onlar corab, isti paltar və hörmə papaq alaraq əsgərlərə pay göndəriblər.

Xəbər lenti