Logo

2500 nəfər təhsil işçisi vaksinasiyadan imtina edib

10.06.2021 20:02 642 baxış
IMG

"Növbəti tədris ilində ənənəvi təhsilə qayıtmağın tərəfdarıyıq. Gündəlik vaksinasiya sayı kifayət qədər yüksəkdir".

 

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.

 

Onun sözlərinə görə, 80% təhsilalan və təhsilverən vaksinasiyadan keçibsə, yaxud immunitet formalaşıbsa, ənənəvi təhsilə qayıtmaq mümkün olar.

 

Nazir bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 38 185 təhsil işçisindən 24 502 nəfər vaksinasiyadan keçib: “4620 nəfər yoluxduğuna görə peyvənd olunmayıb. 3 400 nəfər digər səbəblərdən peyvənd olunmayıb. 3000-ə yaxın şəxs isə arayış gətirdiyinə görə peyvənd olunmayıb. 2500 nəfər imtina edib. Vaksin vurdurmayan insanların yoluxma riski yüksəkdir. Ona görə də çalışmaq lazımdır ki, tez bir zamanda peyvənd olunsunlar”.

Xəbər lenti