Logo

ADAU-da “Onlayn təhsil tələbələrin gözü ilə”mövzusunda onlayn konfrans keçirilib

10.06.2021 19:58 445 baxış
IMG

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Onlayn təhsil tələbələrin gözü ilə” mövzusunda onlayn konfrans keçirilib.


Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, koronavirus pandemiyası həyatımızın bütün sahələrinə, xüsusilə təhsil sektoruna ciddi təsir göstərməkdədir. Pandemiya şəraitində təhsil prosesini həyata keçirmək məqsədilə onlayn platformalardan istifadə geniş vüsət almaqla insanların bu texnologiyalardan istifadə sahəsində bilik və bacarıqlarının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxardı. Qeyd etmək lazımdır ki, hazırda onlayn platformalardan istifadə etmək bacarığına malik olmayan təhsilverən və təhsilalan tapmaq bir qayda olaraq mümkün deyil. Bu, pandemiyanın uğuru kimi qəbul olunsa da ümumilikdə müəllim və tələbələr əsasən ənənəvi təhsilə qayıtmağın zəruriliyini qeyd edirlər. ADAU-da tələbələr arasında aparılmış onlayn soğrunun nəticələri də qeyd olunanları bir daha sübut edir.


Konfransda Sloveniyanın Nova Qoritsa Universitetinin prorektoru, professor, ADAU-nun Fəxri doktoru Mladen Franko, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İdarə Heyətinin sədri Pərviz Mirələmli, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev, Pakistan İslam Respublikasından Usama Riaz, ADAU Tələbə Gənclər Təşkilatının sədri Orxan Muradzadə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cahid Tağızadə, Aydan Şükürlü, Elvin Lətifov, Səbinə Telekova, Ülviyyə Qəhrəmanova, Əli Əhmədov və başqaları çıxış edərək, təkliflər və suallar veriblər.
 

Görüşün sonunda tələbələrin sualları rektor tərəfindən cavablandırılıb.

Xəbər lenti