Logo

DİM ingilis dili üzrə mütəxəssisləri onlayn tədbirə dəvət edir

10.06.2021 19:55 260 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 25-də “Zoom” platforması üzərindən “Cambridge Assessment English” təşkilatı ilə birgə “Prove Your Teaching Knowledge with TKT” adlı məlumat sessiyası keçiriləcək.

 

DİM-dən bildirilib ki, TKT ingilis dili müəllimləri üçün beynəlxalq səviyyədə tanınan müəllimlik kvalifikasiyasıdır. Pedaqoji təcrübəsindən asılı olmayaraq bütün müəllimlər bu imtahanı verə, peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirə və təsdiq edə bilər.

 

Onlayn sessiyanın məruzəçisi “Cambridge Assessment English”in Ukrayna, Qafqaz və Mərkəzi Asiya regionları üzrə biznesin inkişafı departamentinin rəhbəri Darina Sizukdur. O, TKT imtahanı barədə ətraflı məlumat verib iştirakçıların suallarını cavablandıracaq.

 

Tədbir ingilis dilində keçiriləcək. Vebinarda iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki iyunun 22-dək aktiv olacaq.

 

Xatırladaq ki, DİM 2020-ci ilin iyul ayından etibarən ölkədə “Cambridge”in rəsmi test mərkəzlərindən biri kimi fəaliyyət göstərmək hüququ əldə edib.

Xəbər lenti