Logo

Təhsil naziri: "Təhsilimiz kifayət qədər çətin proseslə üz-üzə qaldı”

10.06.2021 19:43 697 baxış
IMG

“Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qalib gəldi”.

 

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev tədris ilinin yekunlarına dair canlı yayımda çıxışında bildirib.

 

Nazir bu ilki tədris ilinin fərqli olduğunu deyib:

 

“Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qalib gəldi. Bu müharibədə Azərbaycan müəllimləri də iştirak ediblər. Bu tədris ilinin təsirlərini biz uzun illər hiss edəcəyik. Eyni zamanda bu tədris ilində arada pandemiyaya görə xeyli fasilələrə gedəsi olduq. Birmənalı olaraq COVİD pandemiyası təhsil sahəsinə müsbət təsir etmədi, təhsilimiz kifayət qədər çətin proseslə üz-üzə qaldı”.

Xəbər lenti