Logo

e-telebe vasitəsilə müraciətlərin qəbulu sabah yekunlaşır

10.06.2021 17:41 407 baxış
IMG

https://e-telebe.edu.az elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu sabah yekunlaşır. Müraciətlərin qəbulu 11 iyun saat 23:59-dək aktiv olacaq.

 

Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri xahiş olunur. 

 

 Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir:

 

- Çağrı Mərkəzinin  “146-5” nömrəsi  ( həftəiçi 5 gün aktiv fəaliyyət göstərəcək);

 

 - e-telebe.edu.az elektron portalının daxilində yazışma (dəstək) bölməsi;

 

 - "Whatsapp” nömrə: (+994) 51 206 78 48

Xəbər lenti