Logo

Bakı Ali Neft Məktəbində yeni Biznesin idarə edilməsi ixtisası açıldı

10.06.2021 17:31 519 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) yeni ixtisaslar açılıb. Belə ki, 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsinə Biznesin idarə edilməsi ixtisası üzrə də tələbə qəbulu həyata keçiriləcək. 

 

Qəbul planı dövlət sifarişi üzrə 10, ödənişli əsaslarla 40 nəfər nəzərdə tutulub.
 

Qeyd edək ki, BANM-in bakalavriat səviyyəsinə ixtisasları üzrə ödənişli əsaslarla qəbul olanlar üçün minimal keçid balı 400 müəyyənləşdirilib.Təhsil haqqı 4500 manat təşkil edir. 

 

Təhsil ingilis dilində olacaq və müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılacaq.

Xəbər lenti