Logo

Azərbaycan Respublikasının Təhsil İnstitutu kitabtoplama kampaniyasında iştirak edib

10.06.2021 17:00 60 baxış
IMG

İşğaldan azad olunan bölgələrdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar kitabtoplama kampaniyası həyata keçirilir. Kampaniya M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunur.

 

Sözügedən kampaniyaya Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) da qoşulub. Belə ki, ARTİ və onun ayrı-ayrı əməkdaşları tərəfindən müxtəllif illərdə çap olunmuş 300 adda 5263 nüsxə əsər (kitablar, jurnallar, elmi əsərlər, bədii əsərlər və s.) işğaldan azad olunan ərəzilərdəki kitabxanaların fondu üçün toplanıb və təqdim olunub.

 

Kitabların təqdimetmə mərasimi 10 iyun 2021-ci il tarixində keçirilib. Tədbirdə ARTİ-nin direktor müavini Ənvər Abbasov və Elmi kitabxana şöbəsinin müdiri Sürəyya Məmmədova iştirak ediblər.

Xəbər lenti