Logo

“Tələbə-gənclərin dini savadlılığının artırılması” mövzusunda maarifləndirici seminar

10.06.2021 16:48 451 baxış
IMG

Naxçıvan Müəllimlər İnstitutunda “Tələbə-gənclərin dini savadlılığının artırılması” mövzusunda maarifləndirici seminar keçirilib.

 

İnstitutun rektoru Azad Novruzov ölkəmizdə, o cümlədən muxtar respublikada dini dəyərlərin qorunması və insanların dini azadlıqlarının təmin olanması istiqamətində görülən tədbirlərdən danışıb. Qeyd edib ki, tələbələrin dini savadlılığının artırılmasında ali təhsil ocaqlarının da üzərinə mühüm vəzifələr düşür. Gənclərin dini düşüncələrinin formalaşması və inkişafı baxımından bu kimi tədbirlər xüsusi əhəmiyyətə malikdir.

        

Dini Qurumlarla İş Üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev “Müasir gənclərə dini dəyərlərin aşılanması və dini radikalizmin fəsadları” mövzusunda çıxış edərək bildirib ki, Naxçıvanda dinin öyrənilməsi və təbliği elmi əsaslara söykənir:” Bu gün muxtar respublikada kifayət qədər məscid, dini abidələr var. Onların qorunması və bərpası daim diqqətdə saxlanılır. Gənclərin dini elmi şəkildə öyrənmələri dini ayinlərin mahiyyətinin düzgün dərk olunması və dini radikalizmin fəsadlarından uzaq olmaları üçün xüsusi əhəmiyyət kəsb edir”.

 

Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti