Logo

BDU-nun rektoru şəhid məzun Şamil Nəcəfovun diplomunu ailəsinə təqdim edib

10.06.2021 15:09 459 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutur, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərir, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirir.

 

BDU-nun rektoru Elçin Babayev və Universitetin əməkdaşları Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Şamil Nəcəfovun ailəsini ziyarət edib.  Elçin Babayev BDU kollektivinin Şamilin xatirəsinin daim əziz tutulduğunu vurğulayıb, onun Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildirib. Sonra Şəhidin ali təhsil haqqında diplomunu anasına təqdim edib.

 

Şəhidin valideynləri Şamil haqqında xatirələrini bölüşüb, onun Vətənə laqyiq övlad kimi böyütdükləri üçün fəxr etdiklərini bildiriblər.

 

Daha sonra rektor Elçin Babayev və Universitet əməkdaşları Şəhid Şamil Nəcəfovun məzarını ziyarət ediblər.

 

Qeyd edək ki, Vətən Müharibənin ilk günlərində düşmənlə döyüçə atılan Şamil Nəcəfov 2020-ci ilin oktabr ayının 1-də Murov istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.

Xəbər lenti