Logo

ADU-nun Konfutsi İnstitutunda Çin Əjdaha qayıq bayramı qeyd edilib

10.06.2021 13:23 95 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinin ənənəvi Əjdaha qayıq bayramına həsr olunmuş onlayn tələbə seminar təşkil edib. Bayram Çin müəllif poeziyasının banisi, ölkənin tarixində ilk məşhur lirik şair, Çin mədəniyyətində vətənpərvərlik rəmzi olan – Tsui Yuanın xatirəsinə həsr olunub.

 

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov R.Abbasov düşüncə və fəlsəfi ümumiləşdirmələrlə, böyüklərə hörmət, ailəyə qayğı, dostluq və sədaqət kimi yüksək insani hisslərlə dolu Çin poeziyası haqqında məlumat verib, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın “Azərbaycan” və “Çin səddi” şeirlərini Çin dilində söyləyib.

 

Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva Əjdaha qayıq bayramın yaranma tarixi və ənənələri barədə danışıb. O, məşhur Azərbaycan şairlərinin Çinə həsr etdikləri əsərlərindən bəhs edib.

Xəbər lenti