Logo

ISESCO BDU-da cihaz mühəndisliyi və proqramlaşdırma təlimləri keçirəcək

10.06.2021 11:04 93 baxış
IMG

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) təşəbüsü və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə 2021-ci il iyulun 26-dan 29-a qədər BDU-da gənc tədqiqatçılar üçün cihaz mühəndisliyi və proqramlaşdırma üzrə təlimlər keçiriləcək.

 

Proqram çərçivəsində cihaz mühəndisliyi sahəsində bacarıqların artırılması məqsədilə sadə və mürəkkəb cihazların və qurğuların əsasları, hazırlanması, diaqnostikası, təmiri, dizaynı və proqramlaşdırma ilə bağlı biliklər tədris ediləcək.

 

Təlimlərdə BDU ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin hər birindən 6 gənc tədqiqatçının iştirak etməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, təlim proqram Təhsil Nazirliyinin ISESCO ilə təhsil sahəsində əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

Xəbər lenti