Logo

AzTU-nun professoru beynəlxalq simpoziumda çıxış edib

09.06.2021 21:08 372 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Valeh Baxşəli Türkiyədə onlayn keçirilən VIII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirak edib.

 

Tehsil.biz xəbər verir ki, Simpoziumda “Qədim türk əlifbasının müasir texniki imkanları” mövzusunda çıxış edən professor Azərbaycanda son 100 ildə aparılan əlifba islahatlarından danışıb, əski türk əlifbasının (Orxon-Yenisey abidələrindəki yazıların) riyaziyyat, fizika və digər təbiət elmlərində müxtəlif kəmiyyətlərin işarələnməsində istifadə olunmasının perspektivləri haqqında təkliflər səsləndirib.

 

Məruzədə qədim türk əlifbasının tarixindən bəhs olunub. Həmçinin ermənilərin istifadə etdikləri əlifbanın bu günə kimi mövcudluğunun səbəbləri açıqlanıb. Qeyd edilib ki, ermənilərin əlifbasının indiyədək istifadə olunmasının onların qədim və mədəni xalq olması ilə heç bir əlaqəsi yoxdur.  Belə ki, dövlətçilik ənənələri və dövlətlərarası yazışmalara ehtiyacı olmayan erməni əhalisi qərb və şərq mədəniyyət məkanlarından kənarda qalıb. Bu səbəbdən də onların yalnız kilsə və məişətdə istifadə olunan lokal xarakterli əlifbaları bugünədək gəlib çıxıb.

 

İştirakçılar tərəfindən maraqla qarşılanan çıxışın simpoziumun məruzələr kitabında çap olunması nəzərdə tutulub. 

Xəbər lenti