Logo

TKTA və AzMİU təlim xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb

09.06.2021 18:57 69 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə təlim xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb.

 

Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarına yeni redaksiyada təsdiq olunmuş Akkreditasiya Qaydaları çərçivəsində “Xarici Keyfiyyət Təminatı”na dair təlimlərin təşkili nəzərdə tutulub.

 

Təlimlərin əsas məqsədi Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarına yeni redaksiyada təsdiq olunmuş Akkreditasiya Qaydaları ilə tanış etmək, özünütəhlil hesabatını düzgün şəkildə yazılması barədə məlumat vermək və akkreditasiya prosesinin milli və beynəlxalq standartlarını müzakirə etməkdən ibarətdir.

 

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi digər ali təhsil müəssisələrini də təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edir.

Xəbər lenti