Logo

BDU-nun əməkdaşları Heydər Əliyev adına Neft Emalı Zavodunda

09.06.2021 17:48 768 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya va torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyevanın rəhbərliyi ilə Ekoloji kimya ve ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının əməkdaşları Heydər Əliyev adına Neft Emalı Zavodunda tədqiqat aparır.

 

Zavod ilə Bakı Dövlət Universiteti arasında bağlanılmış müqavilə üzrə BDU əməkdaşları elmi tədqiqat-ekoloji xidmət işlərini davam etdirir.

 

Elmi-tədqiqat zamanı zavodun bioloji təmizləmə qurğularına daxil olan və temizlənərək Xəzər dənizinə axıdılan istehsalat sularının tərkibində qalan neft tullantılarının əsasını təşkil edən fenol tipli birləşmələrin, asili hissəciklərin, xloridlərin, zərərli sulfid birləşmələrinin, quru qalıq, ümumi duzluluq, oksigenin kimyəvi sərfi (OKS) və oksigenin bioloji sərfi (OBS) muəyyənləşdirilir. İşin yerinə yetirilməsində əsas məqsəd zavodun istehsalat tullantı sularının ekoloji normalara uyğun olaraq təmizlənməsi və hər bir maddə üçün Yol Verilən Qatılıq Həddinə uyğun olmasının müəyyənləşdirilməsidir.

 

Bunun üçün nümunələr götürülərək analizlər aparılır. Zavodun laboratoriyalarında və BDU-da aparılan analizlər, zavodun fəaliyyətinin ekoloji standartlara uyğun olaraq təşkil olunmasında və ekoloji xidmət sahəsində yeni təkliflərin hazırlanmasında böyük rol oynayır.

Xəbər lenti