Logo

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu davam edir

09.06.2021 17:49 83 baxış
IMG

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu davam edir. Namizədlər 11 iyun saat 23:59-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Bu günədək ümumilikdə 43 026 nəfər elektron qeydiyyatdan keçib, onlardan 40 167 nəfəri qeydiyyatını tamamlayıb.

 

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir:

 

- Çağrı Mərkəzi: “146-1” nömrəsi (həftənin iş günləri və saatları);

 

- "Whatsapp nömrə": (+994) 51 206 78 48 (həftənin iş günləri və saatları);

 

- İnsan Resurları Mərkəzi: Tel: (+994) 12 430 52 78   

 

E-mail: [email protected] .

 

Müsabiqə ilə bağlı daha ətraflı məlumatı aşağıda təqdim edilən sual-cavab faylından əldə edə bilərsiniz.

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair suallar və onların cavabları - https://bit.ly/2S0bgSd

Xəbər lenti