Logo

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

09.06.2021 17:10 499 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

 

İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 iyun tarixli 158 nömrəli Qərarının icrası ilə əlaqədar BDU-da 2020/2021-ci tədris ilində yekun dövlət attestasiyasının keçirilməsi haqqında müvafiq qərar qəbul olunub.


İclas cari məsələlərin müzakirəsi ilə davam edib. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) təşəbüsü və BDU-nun təşkilatçılığı ilə 2021-ci il 26-29 iyul tarixlərində BDU-da keçiriləcək gənc tədqiqatçılar üçün tərs mühəndislik (reverse engineering) və proqramlaşdırma üzrə təlimlər haqqında müzakirə aparılıb.

Xəbər lenti