Logo

BDU-nun Kimya fakültəsində dissertasiya işinin ilkin müzakirəsi keçirilib

09.06.2021 13:55 57 baxış
IMG

2021-ci il 27 may tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsində Nağıyev Farid Nadir oğlunun «Polyarlaşmış ikiqat rabitə saxlayan subs­tratlar və metilenaktiv rea­gent­­lər əsa­sında bioloji-aktiv maddələrin sin­tezi, quruluş-xassə parametrlərinin təyinində yeni yanaş­­malar»  möv­zu­sunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

 

Tərkibində pol­yar­laş­mış ikiqat rabitə sax­la­yan bir­­­ləş­mələr əsasında polifunksional 4H-piran, piridin, imi­da­zopiridin, pirazol və s. ki­mi qiymətli bioloji aktivliyə malik bir­ləş­mə­lə­rin sintezi, qu­ru­luş-xassə xüsusiy­yət­lə­ri­nin tədqiq edilməsi, eləcə də onların tətbiq sa­hə­lə­rinin araşdırılması perspektiv hesab olunur. Pol­yarlaşmış ikiqat rabitə sax­­layan ketonlar, efirlər, ­nit­ril­lər və ili­den­lərin metil­en­ak­tiv bir­ləş­mələr, amin­­­lər, izo­nit­ril­lər, spirtlər, tiollar və s. ilə çoxkomponentli reak­siya­la­rın­­dan əmələ gələn məh­­sullar mühüm birləşmələr olub, bir çox təcrübi əhə­miy­­yətə malik maddələrin əsa­sını təşkil edir.  Tibbi-farmaseptik xassə daşıyan fizioloji aktivliyə malik mad­də­lə­rin sintezi və tətbiq sahələrinin müəyyən edilməsi, yeni tip birləşmələrin alınması üçün əlverişli me­todlar işləyib hazırlamağa imkan verir.

Xəbər lenti