Logo

Müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim olunan vakansiyaların sayı açıqlanıb

09.06.2021 12:02 967 baxış
IMG

2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə 1739 vakansiya təqdim olunub.

 

Bu barədə Tehsil.biz-ə idarədən məlumat verilib.

 

BŞTİ-dən verilən məlumata görə, müsabiqə və müsahibələr nəticəsində 2020-2021-ci tədris ilində 1 600 nəfər işə qəbul olunub.


Bunlardan 760  nəfər  müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində,n580 nəfər  müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində, 260 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Xəbər lenti