Logo

9 İyun - Beynəlxalq Dostlar Günüdür

09.06.2021 09:50 82 baxış
IMG

9 İyun - Beynəlxalq Dostlar Günüdür.

 

Bu tarix dünyada qeyri-rəsmi bayram kimi qeyd olunur. Bütün xalqlar hər zaman ən böyük mənəvi dəyərlərdən biri sayılan dostluğa önəm verir. Təsadüfi deyil ki, müxtəlif ölkələrdə dostluğa həsr olunmuş bayramlar mövcuddur. 

 

Bunlardan biri də hər il iyunun 9-da müxtəlif ölkələrdə qeyd olunan Beynəlxalq Dostlar Günüdür. Dostlar Günü bizə həyat şəraitindən, müxtəlif ziddiyyətlərdən asılı olmayaraq dostluğun nə qədər vacib olduğunu bir daha xatırladır.

 

9 iyunun Dostlar Günü kimi qeyri-rəsmi qeyd olunmasının kim tərəfindən və nə zaman təyin olunduğu məlum olmasa da, yenə də yadda qalan bir gün kimi populyarlığını qoruyub saxlayır.

Xəbər lenti