Logo

ADPU-nun Quba filialında Tələbə Gənclər Təşkilatının bu il məzun olacaq keçmiş sədr və müavini ilə görüş keçirilib

09.06.2021 09:44 483 baxış
IMG

ADPU-nun Quba filialının Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində çalışmış Həcər Seyidəhmədova və sədr müavini Murad Şərifovla görüş keçirilib.

 

Görüşdə filialın direktoru dosent Yusif Alıyev, direktor müavinləri İsmayıl Mahmudov, Aysel Şeydayeva və TGT-nın yeni sədri Səyyad Nəcəfov, sədr müavinləri Şəhla Qafarova, Nicat Piriyev iştirak ediblər.


Onu da qeyd edək ki, 2020/2021-ci tədrsi ilində Həcər Seyidəhmədova “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasından, Murad Şərifov isə “Riyaziyyat İnformatika müəllimliyi” ixtisasından məzun olurlar.


Görüşdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev ulu öndər Heydər Əliyevin kəlamını xatırladıb:


“Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər.”

 

Dosent Yusif Alıyev həm də bildirib ki, filialda görülən bütün yeniliklər Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışını təmin etməyə hesablanmışdır.Bu səbəbdən də dövlətə, dövlətçiliyə sədaqətli gənclərin inkişafını görmək, ümumilikdə bu istiqamətdə qarşıya qoyduğumuz məqsədlərə çatmaq bizi qürurlandırır.


Daha sonra çıxış edən Həcər Seyidəhmədova, Murad Şərifov bu gün Qubalı gənclər kimi rayonun da ictimai siyasi həyatında fəal iştiraklarına, yeni layihələrdə qazandıqları uğurlara görə başda filialın direktoru dosent Yusif Alıyevə və bütün professor müəllim kollektivinə təşəkkür ünvanlayıblar.Həcər Seyidəhmədova 4 il əvvəl 537 balla filialı seçdiyi üçün çox qürur duyduğunu və filialdakı tədris və təlim fəaliyyətindən razı qaldığını vurğulayıb.Daha sonra Murad Şərifov da bu gün filialda Heydər Əliyev adına Adlı təqaüdə layiq görüldüyünü, Ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) 100 bal olduğunu, 2 qardaşının da  hazırda filialın tələbəsi olduğunu, öz üzərində çalışan, tələbəlik illərinin məsuliyyətini dərsk edən, öyrənmək və inkişaf etmək üçün doğru ünvanın ADPU-nun Quba filialı olduğunu diqqətə çatdırıb.Sonda xatirə şəkli çəkdirilib.

Xəbər lenti