Logo

AzTU-da “Gələcəyin mühəndisi -2” onlayn olimpiadası keçirilib

09.06.2021 09:41 427 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) “Gələcəyin mühəndisi -2” onlayn olimpiadası keçirilib.

 

Olimpiadada Bakıdan və Azərbaycanın digər bölgələrindən I və II ixtisas qrupu üzrə hazırlaşan 275 XI sinif şagirdi iştirak edib. Əvvəlcə rektor Vilayət Vəliyev şagirdləri salamlayıb və onlara uğurlar arzu edib. Bildirib ki, olimpiadanın keçirilməsində məqsəd mühəndis ixtisasına marağın artırılmasıdır. Rektor həmçinin AzTU-da tələbələr üçün yaradılan imkanlardan da söhbət açıb.

 

Daha sonra olimpiadaya start verilib. İştirakçılara fizika və riyaziyyat, kimya və informatika fənlərinin hər biri üzrə 2  sual təqdim olunub. Qaydaları pozan, köçürməyə cəhd edən şagirdlər müsabiqədən uzaqlaşdırılıb.

 

Qeyd edək ki, olimpiadanın nəticələri universitetin müəllimlərindən ibarət yaradılan işçi qrupu tərəfindən yoxlanıldıqdan sonra elan ediləcək.

 

Qaliblərə müxtəlif hədiyyələr və sertifikat  təqdim olunacaq. Bundan əlavə, müsabiqədə 1-ci yerə layiq görülən abituriyent AzTU-ya qəbul olunsa, rektorun xüsusi təqaüdü ilə mükafatlandırılacaq.

 

Xatırladaq ki, ötən il AzTU-da keçirilən “Gələcəyin mühəndisi -1” onlayn olimpiadasında 185 XI sinif şagirdi iştirak etmişdi.

Xəbər lenti