Logo

13 yaşlı şagirdə "Sinəni aç" deyən DİREKTOR DANIŞDI

09.06.2021 09:32 600 baxış
IMG

"Yayılan məlumatlar şayiədir, böhtandır".

 

Bu sözləri Lent.az-a açıqlamasında Ucar rayonunun Pirkənd kənd orta məktəbinin direktoru Tapdıq İsayev deyib. O bildirib ki, ona şər atılıb:

 

"Mən hazırda işə çıxıram. Uşaq da dərsə gəlir və tədrisini davam etdirir. Hüquq-mühafizə orqanları hazırda məsələni araşdırır. Yəqin ki, yaxında təhqiqat yekunlaşacaq və nəticələri ictimaiyyətə açıqlanacaq".

 

Ucar rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov da saytımıza danışıb. O bildirib ki, Pirkənd kənd orta məktəbinin direktoru Tapdıq İsayevlə bağlı təhsil şöbəsinə heç bir müraciət, şikayət daxil olmayıb:

 

"Bugünədək də direktor barəsində hər hansı bir tənbeh tədbiri görülməyib".

 

Pirkənd kənd sakinlərinin bir neçəsi ilə də əlaqə saxlamağa çalışdıq. Onların verdiyi məlumatlara görə, kənd sakinləri direktorun fəaliyyətindən narazıdır.

 

Hətta onlardan bəziləri iddia edib ki, direktor bundan qabaq da başqa bir məktəbli qıza eyni hərəkətləri etməyə çalışıb.

Xəbər lenti