Logo

Respublika Təhsil Şurası elmi-nəzəri jurnal təsis edib

08.06.2021 19:06 83 baxış
IMG

Respublika Təhsil Şurası “Azərbaycanda təhsil” (Educational Journal in Azerbaijan) adlı elmi-nəzəri jurnal təsis edib.

 

Jurnalda Azərbaycanda və dünyada təhsil sahəsində aparılan elmi araşdırmalara, tətbiq olunan yenilikləri özündə əks etdirən məqalələrə yer veriləcək. Jurnalda təhsilin bütün pillələrini əks etdirən araşdırma materialları Azərbaycan, ingilis, türk, rus dillərində dərc olunacaq. 


Jurnalın baş redaktoru, pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov, baş redaktorun müavinləri pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov və pedaqogika  üzrə fəlsəfə doktoru Ənvər Abbasovdur.

Xəbər lenti