Logo

Təhsil Nazirliyi: "135 279 işçi heyəti 1-ci doza peyvəndlənmədə iştirak edib"

08.06.2021 17:13 660 baxış
IMG

"Mayın 17-dən 5 iyun tarixinədək Sumqayıt şəhərində 14 şagirdin, Gəncə şəhərində 1 şagirdin və Abşeron rayonunda 2 şagirdin hərarəti olub, hərarəti yüksək olan işçi heyəti qeydə alınmayıb".

 

Bu barədə Təhsil Nazirliyindən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib.

 

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, mayın 17-dən bu günə kimi Sumqayıt şəhərində 19 şagird və 9 işçi heyətinin, Şəki şəhərində 1 şagird və 1 işçi heyətinin, Gəncə şəhərində 11 şagird və 1 işçi heyətinin, Abşeron rayonunda isə 10 şagird və 8 işçi heyətinin Covid-19 analizinin nəticəsi müsbət çıxıb. Həmin müddət ərzində qeyd olunan ərazilərdə distant təhsilə keçirilən məktəb olmayıb.

 

05.06.2021-ci il tarixinədək ümumtəhsil müəssisələrində çalışan 135279 (61%) işçi heyəti 1-ci doza peyvəndlənmədə iştirak edib.

 

Yaş aralığına görə müəllimlərin peyvəndlənmə göstəriciləri aşağıdakı kimidir:

 

- 18-29 yaş arası heyətin 40%-i
- 30-39 yaş arası heyətin 53%-i
- 40-49 yaş arası heyətin 64%-i
- 50 yaşdan yuxarı heyətin 68%-i birinci doza peyvəndlənmədə iştirak ediblər.

 

Qeyd edək ki, peyvəndlənmədə iştirak edənlər arasında bu günə kimi ciddi pisləşmə halı müşahidə edilməyib.

 

Fəqan Əzimli

Xəbər lenti