Logo

Aqrar Universitetdə növbəti görüş keçirilib

08.06.2021 17:08 478 baxış
IMG

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) ölkəmizin ərazi bütövlüyü uğrunda 2-ci Qarabağ müharibəsində iştirak etmiş 6 əməkdaşı ilə görüş keçirilib.
 

Görüşdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə müharibə iştirakçılarını bir daha təbrik edib. Tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs edib. Müharibə iştirakçıları: Daxili nəzarət şöbəsinin müdiri Cəfərov Namiq Sahib oğlu, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məmmədov Elcan Rəsul oğlu, İnformasiya texnologiyaları kafedrasının dosenti Zeynalov Zaman Həbib oğlu, Kənd təsərrüfatı texnikası kafedrasının baş müəlimi Qurbanov Qurban Yaşar oğlu, Aqrar sahənin iqtisadiyyatı kafedrasının baş müəllimi Süleymanov Fariz Vidadi oğlu və 2 nömrəli tələbə evinin nəzarətçisi Hacızadə Asif Vasif oğlu onlara göstərilən diqqət və qayğı üçün Ölkə Prezidentinə, Universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, Ali Baş Komandanın hər an tapşırıq və çağrışını yerinə yetirəcəklərinə hazır olduqlarını bildiriblər.
 

Universitet Elmi Şurasının 2021-ci il 5 yanvar tarixli qərarına əsasən döyüşlərdə iştirak etmiş 6 əməkdaşın vəzifə maaşlarına 200 manat məbləğində əlavə olunub, 2 nəfər - Qurban Qurbanov və Fariz Süleymanov assistenlikdən baş müəllim vəzifəsinə keçiriliblər. Bununla yanaşı Universitetin Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə 6 nəfərə ümumilikdə 2700 manat məbləğində maddi yardım edilib.
 

Bundan əlavə Universitetin rəhbərliyi Vətən müharibəsində şəhid olmuş Canlar Cavadovun 5 azyaşlı uşağını 2020-ci ilin oktyabr ayından himayəyə götürüb, ailəyə 3 il müddətində hər ay 300 manat məbləğində maddi yardım ödənilir.

Xəbər lenti