Logo

ADPU-da yay imtahan sessiyasının ilk həftəsi

08.06.2021 16:01 396 baxış
IMG

ADPU-da iyun ayının 1-dən etibarən start götürən yay imtahan sessiyası onlayn-şifahi formada təşkil olunması ilə əvvəlki illərdən fərqlənir.

 

İlk imtahan həftəsinin statistik mənzərəsi ilk dəfə tətbiq olunan bu imtahan  modelinin effektivliyini qiymətləndirmək baxımından diqqəti cəlb edir.

 

Belə ki, 01-04 iyun 2021-ci il tarixləri aralığında ümumilikdə universitet üzrə təşkil olunan onlayn-şifahi imtahanlara 5268 tələbə qatılıb.


İlk həftənin nəticələrinə görə onlayn-şifahi imtahan verən tələbələrdən 2358 nəfəri (44,7%) əla nəticə göstərib, cəmi 70 nəfəri (0,013%) qeyri-məqbul qiymət alıb. 10 nəfəri isə (0,001%) apellyasiyaya müraciəti edib.

Xəbər lenti