Logo

ARTİ Tədqiqat Mentorluq Proqramı üçün tədqiqat mentorlarının və mentilərin seçimi başa çatıb

08.06.2021 15:27 105 baxış
IMG

ARTİ Tədqiqat Mentorluq Proqramı üçün tədqiqat mentorlarının və mentilərin seçimi başa çatıb.

 

Nəzərinizə çatdıraq ki, mentorluq üçün 379 və mentilik üçün 243 nəfər olmaqla ümumilikdə 622 nəfər namizədin müraciəti qeydə alınıb. Müraciət edən namizədlərdən proqramın müsahibə mərhələsinə 35 nəfər mentorluq və 63 nəfər mentilik üçün dəvət olunub. Müsahibələrin qiymətləndirilməsi zamanı proqramda iştirak üçün 23 nəfər mentor və 46 nəfər menti seçilib.

 

Sevindirici haldır ki, ARTİ Tədqiqat Mentorluq Proqramında iştirak etmək üçün həm ölkə daxilində, həm də xarici ölkələrdə təhsil alan və çalışan həmyerlilərimiz tərəfindən böyük maraq göstərilib. ARTİ adından bütün seçilmiş mentorlara və mentilərə uğurlar arzu edirik!

 

Seçilmiş mentor və mentilərin adlı siyahısı ilə burada tanış ola bilərsiniz: https://bit.ly/3uXotsp

Xəbər lenti