Logo

ADBTİA-da pandemiya dövründə tələbələr üçün edilən GÜZƏŞTLƏR

08.06.2021 12:24 911 baxış
IMG

"COVID-19" koronavirus pandemiyası ilə əlaqədar olaraq 2019/2020-ci tədris ilinin yaz semestrinde, 2020/2021-ci tedris ilinin payız semestrinin imtahan sessiyasında imtahanlardan qeyri-müvəffəq qiymət alan tələbələr üçün fənlər üzrə kredit məbləğinin 25 %-ni ödəməklə keçirilən imtahanlar (1 və ya 2 fənn üzrə) ödənişsiz əsaslarla aparılmışdır. 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında imtahanlardan qeyri müvəffəq qiymət alan tələbələr üçün fənlər üzrə kredit məbləğinin 25 %-ni ödəməklə keçirilən imtahanların (1 və ya 2 fənn üzrə) ödənişsiz esaslarla aparılması nəzərdə tutulub. Ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqını hisse-hissə köçürməsinə icazə verimişdir.

 

II Qarabağ müharibəsinin iştirakçısı olmuş 31 nəfər qazi tələbə 2020/2021-ci tədris ilinin payız semestrinin təhsil haqqından (ümumi məbləğ 28100 manat) azad edilmiş, 19 qazi telebeye 9500 manat məbləğində yardım edilmişdir. - "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli qərarına uyğun olaraq Akademiyada normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2019/2020-ci il tədris ilinin yaz, 2020/2021-ci tədris ilinin payız və yaz semestrləri üçün

təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəyi nəzərə alınmışdır.

Xəbər lenti