Logo

4 ümumi təhsil müəssisəsində 86 şagird inklüziv təhsilə cəlb edilib

08.06.2021 11:13 515 baxış
IMG

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 86 şagird inklüziv təhsilə cəlb edilib. 

 

Bu barədə Tehsil.biz-ə Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) məlumat verilib.


Qeyd olunub ki, həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

 

Bu, sağlamlıq imkanları qismən məhdud uşaqlarla tam sağlam uşaqların eyni sinifdə oxuduğu siniflərdir. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına xidmət edir.

Xəbər lenti