Logo

Koronavirusun gənclər üçün təhlükəsi aşkar edilib

16.10.2020 08:52 460 baxış
IMG

İmmun sisteminin işinin pozulması ilə əlaqədar koronavirus gənc insanlar üçün təhlükəli ola bilər.

 

Tehsil.biz-in məlumatına görə, Norveçin Bergen Universitetinin alimləri bu qənaətə gəlib.

 

Qeyd olunub ki, mütəxəssislər xəstəlik müddətində gənclərin sağlamlıq vəziyyətini müşahidə edib.

 

Məlum olub ki, bəzi xəstələrdə antihissəciklər formalaşıb və bu, orqanizmin müdafiə mexanizminin vacib hissəsi olan interferonların yaranmasını bloklayır.

 

Müəlliflərin fikrincə, belə halda orqanizm özünə qarşı işləməyə başlayır.

Xəbər lenti