Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tanıtım tədbiri keçirilib

07.06.2021 18:47 963 baxış
IMG

04 iyun 2021-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tanıtım tədbiri keçirilmişdir.

 

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Qalib Nəbiyev qonaqları salamlayaraq mərkəzdə tədris olunan turizm, aqrar və sənayenin digər sahələri üzrə peşə ixtisasları ilə bağlı informasiya vermişdir.

 

Tədbirdə rayon təhsil şöbəsinin, işəgötürən müəssisələrin, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin KOB dostu departamentinin Şəki - Zaqatala regional  koordinatorluğunun  nümayəndələri eləcə də ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, müəllimlər, valideyinlər və məzunlar iştirak etmişlər.  Şagirdlər master-klass dərslərə dəvət olunmuş, “aşpaz”, “qaynaqçı”, “dülgər”, “qənnadçı-şirniyyatçı”, “tikişçi”, “xalçaçı”, kompyuter operatoru  ixtisasları üzrə dərslərdə iştirak etmişlər.

 

Sonda şagirdləri maraqlandıran suallara cavab verilmiş və qonaqlar təhsil mərkəzinin maddi-texniki bazası ilə yaxından tanış olmuşlar.

Xəbər lenti