Logo

BŞTİ: "456 076 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olur"

07.06.2021 12:55 647 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5  Uşaq-Gənclər  İnkişaf  Mərkəzi fəaliyyət göstərir.

 

BŞTİ-dən Tehsil.biz-ə bildirilib ki, 2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 076 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olur.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 44 847, IX siniflərində 34 874, XI siniflərində 20 024, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 nəfər təhsil alır.

Xəbər lenti