Logo

Respublika fənn olimpiadalarında 59 nəfər Bakı məktəblisi qalib olub

07.06.2021 11:00 928 baxış
IMG

2020-2021-ci tədris ilində keçirilən respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 59 nəfər paytaxt məktəblisi qalib olub. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8 nəfər qızıl, 26 nəfər gümüş, 25 nəfər bürünc medal qazanıb.

 

Bu barədə  BŞTİ-dən bildirilib.

 

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Xəbər lenti