Logo

Nazirlik rəsmisi: “Yay məktəbinin müddəti uzadıla bilər” - VİDEO

04.06.2021 12:26 471 baxış
IMG

“Hesab edirəm ki, builki təcrübə özünü doğruldarsa, növbəti illərdə yay məktəbinin 1 ay müddətində təşkil edilməsini düşünmək mümkündür”.

 

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.

 

O bildirib ki, yay məktəbinin bu ildən uzadılması barədə valideynlər tərəfindən çağırışlar olarsa, rəhbərlik adekvat qərarlar qəbul edəcək:

 

“Bu il yay məktəbinin müddəti 2 həftə nəzərdə tutulub. Bu məktəblərin müddəti ilə bağlı beynəlxalq təcrübə var və ən çox 1 ay ərzində təşkil olunur. Təhsil Nazirliyi cəmiyyətdən gələn bütün çağırışlara açıqdır. Valideynlər tərəfindən belə müraciətlər olacaqsa, növbəti mərhələdə baxıla bilər”. Oxu.az

 

https://www.youtube.com/watch?v=YTLgLffzO_I&feature=emb_logo

Xəbər lenti