Logo

Qərbi Kaspi Universitetinin tələbələri onlayn olimpiadada uğur qazandılar

15.10.2020 12:12 445 baxış
IMG

Rusiya Federasiyası Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə Üzv Dövlətlərin Parlamentlərarası Assambleyasının Beynəlxalq Monitorinq İnstitunun Bakı filialı tərəfindən Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan tələbə-gənclər arasında Dünya ölkələrinin seçki sistemləri adlı internet-olimpiada keçirilib.

 

Tələbələr Avropa və MDB ölkələrinin seçki qanunvericilikləri ilə bağlı sualları cavablandırıblar.

 

Yekun nəticələrə görə, Qərbi Kaspi Universitetinin tələbələri - Kamran Kazımzadə ikinci, Aida Magomedova isə üçüncü yerə layiq görülüblər.

Xəbər lenti