Logo

Bakı Dövlət Universitetinin tələbələri ölkəmizi beynəlxalq müsabiqədə təmsil edəcəklər

15.10.2020 12:09 419 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin IV kurs tələbələri Firavan Əlizadə və Xanım Avsuvarova noyabrın 24-27-də keçiriləcək “Padua Model UPR-2020” beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edəcəklər.

 

Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, ali təhsil ocağının tələbələri bir çox Avropa universiteti tələbələrinin iştirak edəcəkləri komandalar arasında yer alıblar. Onlar, eyni zamanda, simulyasiyada iştirak etməklə beynəlxalq şirkətlərdə “İnsan hüquqları” sahəsində təcrübə keçmək şansı qazanıblar.

 

Qeyd edək ki, İtaliyanın Padua Universitetinin İnsan Hüquqları Mərkəzi hüquq təhsili alan tələbələr arasında 3 ildir universal simulyasiyalar həyata keçirir. Bu simulyasiyalar BMT və digər beynəlxalq təşkilatların insan hüquqlarının tətbiqi mexanizminə əsaslanır və tələbələrin hazırlıq, bilik və bacarıqlarının göstərilməsi üçün təşkil edilir. Həmçinin simulyasiyaların məqsədi seçilmiş tələbələrə insan hüquqları sahəsində beynəlxalq mexanizmlərin fəaliyyətini, müvafiq sahədə biliklərin öz ölkələrində həyata keçirmək üçün təşviq etməkdən ibarətdir. “Padua Model UPR-2020” müsabiqəsi BMT mexanizminin, Universal Periodik İcmalın və BMT üzv dövlətlərinin insan hüquqları sahəsində qanunvericiliklərini nəzərdən keçirmək üçün həyata keçirilən akademik simulyasiyadır. ‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

Xəbər lenti