Logo

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Moskvada nəşr olunan jurnala resenzent seçilib

04.06.2021 10:49 391 baxış
IMG

AMEA Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Durna Ağamalıyeva Moskvada nəşr olunan “Korroziyadan müdafiə praktikası” jurnalına resenzent seçilib.

 

İnstitutdan bildirilib ki, “Korroziyadan müdafiə praktikası” jurnalının baş redaktoru, Rusiya yanacaq-energetik kompleksinin Korroziya Assosiasiyasının baş direktoru, professor A.Akolzin Durna Ağamalıyevanın resenzent kimi jurnalın işinə cəlb olunması haqqında məktub göndərib.

 

Məktubda qeyd olunub ki, Durna Ağamalıyeva jurnalın ən aktiv müəlliflərindən biridir, onun məqalələri yüksək elmi səviyyəsi, aktuallığı, materialların dəqiq təqdimatı ilə fərqlənir.

Xəbər lenti