Logo

UNEC-ə qəbul olan I kurs tələbələri üçün “Oriyentasiya günü” keçiriləcək

14.10.2020 17:47 501 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC), eləcə də Zaqatala filialına qəbul olan I kurs tələbələri üçün oktyabrın 19-23-də “Oriyentasiya günü” təşkil olunacaq.

 

UNEC-dən bildirilib ki, görüşlərin təşkilində məqsəd birinci kurslara fərdi tədris planları, tədris olunacaq fənlər, semestrlər üzrə kreditlərin miqdarı, sərbəst iş üçün yaradılan şərait, biliyin qiymətləndirilməsi, tələbə mobilliyi, tələbə həyatı və digər qaydalar haqqında məlumatların verilməsidir.

 

Oriyentasiyanın təşkili cədvəli tələbələrin şəxsi kabinetlərinə göndəriləcək. Tələbələr “Oriyentasiya günü” ilə bağlı suallarını fakültə sənəd qəbulu komissiyasına ünvanlaya bilərlər.

 

Sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, universitetə daxil olarkən qoruyucu vasitələrdən istifadə edilməlidir.

Xəbər lenti