Logo

Terror aktları: Bəşəriyyətə, insanlığa qarşı çevrilmiş cinayət

14.10.2020 17:21 602 baxış
IMG

İbrahim Zeynalov,

Bakı Dövlət Universiteti Tarix fakültəsinin professoru

 

İlk öncə diqqətinizi terrorçuluqla bağlı bəzi məsələlərə yönəltmək istəyirəm

 

Terror – fiziki, zorakılıq, siyasi rəqiblərini dinc, mülki əhalinin xüsusi amansızlıqla qətlə yetirilməsi, mülki obyektlərin, dini, mədəni ocaqların, mədəniyyət abidələrinin dağıdılması məqsədlərinə xidmət edən cinayət tərkibli hadisədir, aksiyadır.

 

Terrorçu – hər hansı formada terror fəaliyyətini həyata keçirən və ya keçirilməsində iştirak edən şəxs və ya dövlət nəzərdə tutulur. Terrorçu dövlət dedikdə həmin dövlətin başçısının və hökumət rəhbərinin göstərişi əsasında terror aktının həyata keçirilməsi nəzərdə tutulur (məsələn: Ermənistan hökumət və dövlət başçısı – N.Paşinyan).

 

Terror fəaliyyəti – terror aksiyalarını təşkil etmə, planlaşdırma, hazırlanma və həyata keçirilmə, mülki və maddi obyektləri, mülki, dinc insanları məhv etmə və ya zədələmə, ziyan vurma, terror aksiyalarının həyata keçirilməsi məqsədilə qanunsuz, beynəlxalq hüquq normalarına zidd olan qanunsuz silahlı birləşmələr, cinayətkar qruplar yaratma, aksiyalarda iştirak etmə, bilərəkdən terror təşkilatlarını maliyyələşdirmə, yardım etmə ilə bağlı olan fəaliyyətdir.

 

Bəs terrorizm nə deməkdir?

 

İctimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və ya dövlət hakimiyyət orqanları tərəfindən terrorçuların maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olmaq məqsədilə insanların kütləvi surətdə çıxarılmasına, onlara bədən xəsarətləri yetirilməsinə, yaxud səhhətinə başqa cür zərər vurulmasına və ya onların əmlakının məhv edilməsinə və ya digər ağır nəticələrə səbəb olan əməllər törədilməsi və ya bu cür əməllərin törədilməsinə yönəlmiş fəaliyyətdir.

 

Terrorizmə qarşı mübarizə: Burada nəzərdə tutulur: terror fəaliyyətinin aşkar edilməsi, qarşısının alınması, terror nəticəsində vurulan zərərin minimuma endirilməsi ilə bağlı fəaliyyət terrorizmə qarşı mübarizə aşağıdakı məqsədlərlə həyata keçirilir: İnsan hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilçəsi; terrorizmin aşkar edilməsi, qarşısının alınması, və terrorizm nəticəsində gözlənilən zərərin minimuma endirilməsi; terrorizmin yaranması və həyata keçirilməsi səbəbinin və şəraitinin aşkar edilməsi və ləğv edilməsi.
Gəncədə törədilən terror aktı, həm də vandalizmdir. Vandalizm – mədəni və maddi sərvətlərin, mülki əmlakın, obyektlərin və digər qurğuların, obyektlərin məhv edilməsi və ya zərər verilməsidir ki, burada göstərilən aktlar Gəncədə erməni terrorçu qrupunun dövlət səviyyəsində həyata keçirdiyi və cinayətdə özünü tam şəkildə göstərdi.

 

Onu da qeyd edək ki, beynəlxalq hüquq norma və prinsipləri və onun əsas müddəaları terror aktının həyata keçirilməsini göstərməklə, həm də qadağan edir. Terror aktlarının bütün növləri insan hüquqlarını qoruyan, müdafiə edən bütün konvensiyalarda, o cümlədən 1949-cu il Ümumdünya insan hüquqlara bəyannaməsində qəti şəkildə pislənir. Terrorçuluğa qarşı müxtəlif cəza tədbirləri müəyyənləşdirilmişdir (qınaq, sanksiya və s.). Bu sahədə BMT TŞ-nın, Avropa İnsan Hüquqları Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi və s. fəaliyyətində terrorizmə qarşı cəza tədbirləri başlıca təsir vasitəsidir.

 

Bu gün dünyada fəaliyyət göstərən, müxtəlif terror aksiyalarını həyata keçirən böyük terror təşkilatları var. Onlara misal olaraq:

 

1. Məhəmməd Yusif tərəfindən 2002-ci ildə Nigeriyanın Borno ştatında yaradılan terror təşkilatlarının (şəriət tərəfdarları islamçılardan ibarətdir), Kəşmiri Hindistanının işğaldan azad etmək üçün Pakistanın dəstək verdiyi 1990-cı ildə qurmuş olduğu (məqsədləri islamı yaymaqdır) təşkilatın, Kolumbiyada Fars təşkilatının (məqsədləri silahlı hərəkətlərə başçılıq etməkdir, mənası Xalq Qoşunu deməkdir,
2. 1980-ci ildən kokain ticarətinə girişmişdir.), 1980-ci ildə Usame Bin Laden tərəfindən yaradılan Əl-qaidə təşkilatının (Əl-qaidə törətdiyi aktları dünyanın ən qanlı və ən məşhur terror aktlarının başında gəlir).Yüksək səviyyəli intihar hücumları və xüsusilə Dünya Ticarət Mərkəzinə (ABŞ-da) hücumla dünyaya adlarını tanıtdılar. 19 il əvvəl 11 sentyabr 2001-ci ildə bu təşkilat ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində iri miqyaslı terror hadisəsi törədib. Terror aktının həyata keçirilməsi nəticəsində çox böyük dağıntı, qüllələrin çökməsi ilə yanaşı 3 minə yaxın sadə, dinc insanlar ölmüş, 6 mindən çox insan yaralanmışdır.
3. Tanınmış terror təşkilatlarından biri də Əfqanıstanda yaradılmış Taliban hərəkatçılarıdır. Bu təşkilatının əsası Sovet-Əfqanıstan müharibəsi zamanı (1978-1989-cu illər) qoyulmuşdur. Talibançıların ən təsirli aksiyalarından biri 2007-ci ilin ilk yayında hücum edərək 1700 Əfqan polisinin öldürülməsidir.

 

İndi diqqətinizi Erməni Terror Təşkilatlarının dəhşətli və qanlı cinayətlərlə tamamlanan hərəkətlərinə cəlb etmək istəyirəm. Əvvəlcə bu terrorçu təşkilatların adlar:

 

1.“Armenakan” partiyası: 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədib. İran və Rusiyada yaşayan ermənilərlə daha sıx əməkdaşlıq edir.
2. “Hnçak” partiyası: 1887-ci ildə Cenevrədə yaradılıb. Onun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, “Rus” və “İran” Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir: “Qarşıya qoyulan məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir”.
3. "Daşnaksütyun" - erməni federativ inqilab partiyası: 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır.
4. "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" (ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.

 

ASALA 1980-ci ilin aprelində birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini Livanda rəsmiləşdirmişlər. Beyrut şəhərində 28.08.1993-cü ildə açıqlanan bəyanatında ASALA "pantürkist neft borusu" (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir
1. "Geqaron": 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk məşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.
2. "Erməni azadlıq hərəkatı" (AOD): 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.
3. "Erməni azadlıq cəbhəsi": 1979-cu ildə yaradılan bu terror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.
4. "Orli qrupu": 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.
5. "Erməni soyqırım ədalət komandosları": 1972-ci ildə Vyanada "Daşnaksütyun" partiyasının qurultayı zamanı yaradılıb. "Erməni soyqırımı ədalət komandosları"nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.
6. "Erməni birliyi": 1988-ci ildə Moskvada yaradılmışdır. "ASALA" ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.
7. "Demokratik cəbhə": ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi türk dövlətinin parçalanmasıdır.
8. "Apostol": 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.

 

Roma tarixçisi Tatsit yazırdı: "Erməni istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və ziyankardır".

 

İngilis səyyahı Vilson yazırdı: "Ermənilər acgöz və tamahkardırlar, fitnəkar və araqarışdırandırlar, heç kəsi bəyənmirlər. Onlar xırda bir işi şişirtməkdə istedad sahibidirlər, intriqa yaratmağı sevirlər".

 

1918-1920-ci illərdə erməni Andronik, Hamazasp, Hayk, Dro, Nijde kimi quldur terrorçu dəstələrin başçıları Azərbaycan ərazisində dəhşətli vəhşiliklər, qəddarlıqlar etməklə kəndləri, yaşayış məntəqələrini dağıdır, yandırıb, yerli dinc sakinləri qəddarlıqla qətlə yetirirdilər. Öldürücü qəddarlıqlar törədən zaman qocaya, qadına, uşaqlara, hətta körpələrə fərq qoymurdular.

 

Andranik-ermənilərin “milli qəhrəman” adlandırdıqları terrorçu cəllad öz quldur dəstələri ilə Eçmiədzinə gələrək yerli dinc əhaliyə divan tutmuş, qırmış, 84 kəndi yandırmışdır. 1918-ci ildə bu erməni terror başçılarının komandanlığı altında erməni quldur dəstələri Zəngəzurda 115, İrəvan quberniyasında 221, Yeni Bəyaziddə 84, Süzməlidə 75 yaşayış məntəqəsini tamamilə yandırırb yox edilmişdi.

 

1918-ci ildə bu erməni “qəhrəmanlarının” əmri və iştirakı ilə, bolşeviklərin yardımı ilə erməni cəlladları Azərbaycanda 50 mindən çox azərbaycanlının həyatına son qoymuşlar (Bakıda 15 min insanın).
Təkcə Göyçə mahalında erməni cəlladları 1919-cu ilin yazında 60 min sakini olan 22 kəndi yandıraraq dinc əhalisini qırmışdı.

 

Ümummilli lider Heydər Əliyev 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda deyirdi: “… Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından və oktyabr çevrilişindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırırdılar… Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir”. Onların tarixdə satqın, xəyanətkar terroçu olduğunu bir daha sübut edir. Andraniklərin, Mikayanların, Nijdelərin Azərbaycana, onun dinc əhalisinə qarşı həyata keçirdikləri terror aksiyalarını, bu gün Paşinyan hökuməti davam etdirir. Fərq ondadır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu və uzaqgörənliklə həyata keçirdiyi ordu quruculuğu siyasəti nəticəsində ən müasir silahlarla təhciz olunmuş, ən müasir döyüş texnikasına, təlimlərinə yiyələnmiş güclü Azərbaycan ordusu yaradılmışdır. Bu gün Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücuma keçərək işğal altında olan torpaqlarımızın bir hissəsini-Cəbrayıl şəhərini, Horadiz qəsəbəsini, 34 kəndi, Murovdağ silsiləsini, Suqovuşanı, bir çox strateji əhəmiyyəti olan yüksəklikləri azad etmişdir. Təəssüf ki, svilizasiyalar tarixi saxtalaşdırmaqda davam edən dünya svilizasiyasının onlardan başladığını söyləyən, özlərini xristianların atası hesab edən erməni milli ideoloqları dünyanın ən qədim xalqları olan, dünyanın dövlətçilik tarixində çox böyük payı olan türkləri özünə düşmən sayan bir mühit yaratmağa çalışırlar. Dünya xalqları bir-birinə yaxınlaşdığı, əməkdaşlıq etdiyi, siyasi, sosial-iqtisadi və mədəni əlaqələrin inkişaf etdiyi hazırkı dövrdə də erməni təşkilatları, milli ideoloqları, hətta dövlət və hökumət başçıları səviyyəsində millətlər ararsında düşmənçiliyin, ədavətin saxlanılmağına cəhd göstərirlər, regional əməkdaşlığa mane olmağa, sabitliyi pozmağa çalışırlar və təhlükəsizliyi təhdid edirlər.

 

Erməni cəlladı, terroristi faşist cəlladı Qaregin Nijde.

 

Q.Nijde kimdir?

 

Əslində Q. Nijde ikinci dünya müharibəsində alman faşistlərinə xidmət etmiş faşist cəlladı kimi tanınan terrorçu satqındır. Məhz o, İkinci Dünya müharibəsi illərində faşist Almaniyasının SS mühafizə alayında və alman ordusunda Sovet ordusuna qarşı xüsusi amansızlığı, qaniçənliyi ilə tanınan ermənidir. Nijde fəaliyyət göstərdiyi illərdə iki üzlüyü, satqınlığı, cəlladlığı, ruslara və yevreylərə nifrət bəsləməsi ilə Sovet ordusuna qarşı fəaliyyəti ilə Alman rəhbərliyinin nüfuzunu qazanmışdı.

 

Ermənistanın keçmiş və indiki rəhbərləri Q. Nijdenin və ona oxşarların kim olduqlarının fərqinə varmadan erməni faşizminə xidmət edən əməllərini ideallaşdırmağa çalışır, az qala onları “milli qəhrəman” səviyyəsinə qədər yüksəltməkdən utanmırlar.

 

Bu faşist ermənilərinə, əslində erməni xüsusiyyətlərini, tərbiyəsini, əxlaqını özlərində daha yüksək formada cəmləşdirən cəlladlara (Q.Nijde, Adranik və s.) abidə heykəl də ucaltmaqdan çəkinmirlər. Dünyanın mütərəqqi birliyi isə bunları görür, eşidir, amma nədənsə göz yumur. Fikirləşirsən, bütün bunların fəlsəfəsi nədir? Hətta indi belə Ermənistanın rəhbərləri, xüsusilə N.Pşinyan unudulmuş bu “qəhrəmanları” yada salmaqla mənsub olduqları etnik qrupda hamıdan şübhələnmə xofu yaradırlar. Həmçinin, Ermənistanın keçmiş prezidenti və 30 günlük baş nazir Serj Sarqsyanın hakimiyyəti dövründə faşist Qaregin Yegişeviç Ter-Arutyunyan (Qaregin Nijde) adi ilə erməniyə Yerevanda abidə qoyulması, indiki baş nazir Nikol Paşinyanın bu hitlerçini təbliğ etməsi ermənilərin ki olduğunu, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cilddə dərc edilmiş müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar ober qrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Nijde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyan aşkar edilib həbsə alınıb O, Böyük Vətən müharibəsində Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edir, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Sovet ordusunun arxa cəbhəsinə atılmasında iştirak edib. Nijde, həmdə Avropanın yəhudi əhalisinə qarşı Holokosda iştirak edib. O, 1949-cu ildə Sovet İttifaqına qarşı döyüşən erməni legionu da təşkil etmişdir".

 

Çox təəssüf ki, belə bir satqın cinayətkara, faşizmə qulluq edən terrorçuya 2016-cı ildə Yerevanda heykəl qoyulub. Bu, əlbəttə Ermənistanda faşizm meyllərinin, Nasizmin güclənməsi deməkdir. Üçüncü Reyx ilə əməkdaşlıq edən erməni faşisti Qaragin Nijdenin xatirəsinin əbədiləşdirilməsinə xidmət edən onun heykəlinin qoyulması ermənilərlə faşistlər arasında heç bir fərq olmadığını göstərir.

 

Erməni faşistləri də Alman faşistləri kimi dinc əhalinin, o cümlədən milli düşmən hesab etdikləri türk əhalisinin onun qocasına, qadınına, uşağına fərq qoymadan məhv etməyi özlərinə “şərəfli” vəzifə hesab edirlər. Erməni faşistlərinin quldur dəstələri tərəfindən XX əsrin əvvəllərin də və sonlarında həmçinin XXI əsrin ilk iki on illiyində Azərbaycanın Dağlıq Qarabağ, ətrafındakı 7 rayonun ərazisində, həmçinin 2020-ci ilin iyul-oktyabr aylarında da dinc mülki əhali, mülki obyektlər, dövlət, hökumət binaları, döyüş bölgəsində on kilometrlərlə uzaqlıqda yerləşən yaşayış məntəqələri, kəndləri, strateji obyektlər artilleriya və raket qurğularından, müharibə dövründə işlədilməsi qadağan olunan silahlardan atəşə tutulur. Hətta 2001-ci ildə ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində törədilmiş və 3 mindən artıq dinc əhalinin ölümünə səbəb olmuş, dəymiş zərərin həcmi 36 milyarda bərabər olan o dəhşətli terror aktına bənzər cinayət aktını erməni faşistləri 2020-ci ilin oktyabrın 11-də Gəncə şəhərində törətmişlər və nəticədə 10 nəfər dinc insanlar həlak olmuş, 40-a yaxın insan xəsarət almışdır.

 

Erməni terroçu faşistlərinin silahlı qüvvələrinin oktyabrın 11-i gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən 3 çoxmənzilli yaşayış binalarını “Tocka-U” raket sistemində atəşə tutmaqla cinayət aktı həyata keçirdilər. Bu terror aktı nəticəsində 4-ü qadın, 1-i uşaq olmaqla 10 nəfər həlak olub, 16 qadın, 6-sı uşaq olmaqla 40 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Həmçinin Gəncə hadisəsi zamanı 16 yaşlı Sevinc və qardaşı 8 yaşlı Hüseyn, digər bir uşaq Bəxtiyar hər iki valideynlərini itiriblər. Həmçinin Ermənistan silahlı faşistləri oktyabrın 11-də gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik stansiyasını növbəti dəfə hədəfə almaqla cəbhə zonasından 100 kilometrdən çox uzaqlarda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atılıb.

 

Qeyd edək ki, Erməni quldurlarının bu terror aktı, vandalizm hesab edilən bu cinayəıti Rusioya Xarici İşlər nazirinin vasitəçiliyi və çağırışı ilə Azərbaycan və Ertməınistan Xarici İşlər nazirlərinin Moskvada 11 saat davam edən gərgin danışıqlarının nəıticəısi olaraq əldə olunan, oktyabrın 10-u saat 12:00-da qüvvəyə minən humanitar atəşkəs rejiminin növbəti dəfə kobud şəkildə pozulmasıdır.

 

Atəşkəsin ilk dəqiqələrində etibarən Ermənistan cinayətkarları, faşistlərdən heçnə ilə fərqlənməyən silahlı qüvvələri Azərbaycanın şəhər və kəndlərini, müxtəlif yaşayış məntəqələrini, mülki obyektlərini, dinc əhalini atəşə tutmaqla, Ermənistanın siyasi-hərbi rəhbərliyi beynəlxalq hüququnun norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların əlavə protokollarını, habelə özlərinin yalvarışlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, insanlıq əleyhinə yeni cinayətə əl atmaqdadır.
Bütün təhlillər göstərir ki, erməni terror aktları insanlığa və bəşəriyyətə, svilizasiyaya ciddi təhlükə və cinayətdir. Azərbaycana onun rayon, şəhər, kənd və yaşayış məntəqələrinə, ölkənin dinc əhalisinə qarşı terror aktlarının son və yeni mərhələsi XX əsrin 80-ci illərinin sonlarından başlamışdır və hazırda da davam edir. Birinci Qarabağ müharibəsində Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı dinc əhalisinə qarşı etnik təmizləmə, soyqırımı həyata keçirən, minlərlə uşaq və qadını qətlə yetirən Ermənistan dinc sakinlərə qarşı sistemli terror aktlarını 2020-ci ilin iyulun 12-dən başlayaraq daha qəddarcasına davam etdirir.

 

1994-cü il mayın 12-də əldə olunan və 2020-ci il sentyabrın 27-dək davam edən atəşkəs rejimi müddətində də Ermənistan dəflərlə Azərbaycanın mülki əhalisini hədəfə alıb, çoxlu sayda qocanın, qadının, uşağın ölümünə və yaralanmasına səbəb olan terror aktları törədilib.

 

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan tərəfindən təxribatların, terror aktların növbəti mərhələsi başladı. N.Paşinyan hökumətinin planlaşdırılmış və məqsədli törətməkdə davam edən terrorçu əməliyyatları Azərbaycanın dinc mülki əhalisinə, əhalinin sıx məskunlaşdığı şəhərlərə və yaşayış məntəqələrinə hücumıar yeni mərhələyə yüksələrək daha geniş miqyas alıb. Erməni terrorçularının bu cinayətkar əməliyyatları nəticəsində sentyabrın 27-dən oktyabrın -13 dək aralarında məktəblilərdə olmaqla 42 mülki şəxs öldürülmüş, 206 nəfərdən artıq insan yaralanmış, 241 mülki obyekt yararsız hala düşmüş, 1479 yaşayış evi dağıdılıb, 66 çoxmərtəbəli bina dağıdılıb, 3 məktəbli həlak olmuşdur.

 

Çox təəssüf ki, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, İnsan hüquqlarını müdafiə edən institutlar, özlərini demokratik dövlətlərin rəhbərləri, BMT – TŞ - nın üzvləri, Avropa İttifaqı, Avropa Şurasının üzvləri olan dövlətlər Ermənistanın beynəlxalq hüquqa və humanitar atəşkəs prinsiplərinə, 1949-cu il Cenevrə Konvensiyasının müddəalarına zidd olan bu əməllərinə münasibət bildirmirlər. Ermənilərin həyata keçirdikləri cinayət aktlarına göz yumurlar. Bu münasibət nə vaxta qədər davam edəcək, demək çətindir.

 

“Terrorçu Ermənistan humanitar atəşkəsi pozmaqla sülh tərəfdarı olmadığını bir daha sübut etdi”.
“Ermənistanın bu günə kimi törətdiyi cinayətləri cavabsız qalması yeni cinayət aktlarının törədilməsinə şərait yaradır”.

 

Ermənistanın, onun rəhbəri Nikor Paşinyanın humanitar atəşkəs razılığını kobud şəkildə pozması ilk növbədə atəşkəs razılığının əldə olunmasında vasitəçi olan Rusiyaya ən böyük hörmətsizlikdir. Həm də ermənilərin terrorçu, cinayətkar əməllərini davam etdirməsi beynəlxalq hüququn normalarına məhəl qoymadığını göstərir. Atəşkəs razılığının əldə olunması nəticəsində Ermənistana verilən şansa da əhəmiyyət verməyən erməni quldurlar öz terrorçu əməllərinin həyata keçirilməsinə üstünlük verdilər. Bu isə əslində Ermənilərin məğlubiyyətinin qaçılmaz olduğunu göstərir.

 

Azərbaycan Respublikası Prezidenti Hadrut qəsəbəsinin işğaldan azad edilməsi münasibəti ilə xalqımıza müraciəti və təbriki zamanı bildirdi ki, “Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirir. ...Strateji yüksəklikləri götürərək əlverişli mövqelərə sahib olurlar”. Əməliyyat planları tam icra olunur. Əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu, həm müasir texniki təchizat, həm də döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstinliyə sahibdir. Bu gün aparılan döyüşlərdə düşmənin hərbi texnikası böyük dərəcədə məhv edilib və edilir, eyni zamanda hərbi qənimət götürülüb”.

 

Qeyd edək ki, sentyabrın 27-dən oktyabrın 12-ə kimi Azərbaycan Silahlı Qüvvələrin düşmənin təxminən 18 komanda məntəqəsini, 200-ə qədər tankını, 38 MB-21, 1 uraqan, 12 özü yeriyən artilleriya qurğusu, 2 REM və ya hava hücumlarından müdafiə vasitəsi, 2 ədəd S-300 kompleksinin buraxıcı qurğusu, 25 ASA zenit raket kompleksi, 4 radio texniki maneə vasitəsi, 142 topu, 60 –a yaxın mina atanı, 1 ədəd TOS 1A od saçan sursatı, 2 ədəd radio lokasiya stansiyası məhv edilib və 20 tankı, 4 dən çox topu, piyadaların 22 döyüş maşını, 12 mina atan qurğusu, 4 UAZ, 1 ekskavator, 27 iqla kompleksi, 1 zil, 9 qaz maşını və s. hərbi texnika və sursat qənimət kimi götürülüb.

 

Hazırda bütün cəbhə boyu döyüşlərdə Azərbaycan Silahlı qüvvələri tam üstünlüyə malikdir.

 

Dövlət başçısı Azərbaycan Silahlı qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev bildirdi ki, düşməni, humanitar atəşkəs rejimini pozan erməni faşistlərini bundan sonra da qovacağıq: “Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdi. Qovacağıq onları, axıra qədər. Bayrağımızı işğal edilmiş torpaqlarda qaldıracağıq”.

Xəbər lenti