Logo

Görkəmli ədib Abdulla Şaiqə həsr olunan tədbir keçirilib

02.06.2021 18:55 334 baxış
IMG

Bakı Modern Təhsil Kompleksi kitabxanasının təşkilatçılığı ilə Azərbaycan uşaq ədəbiyyatı xəzinəsini öz əsərləri ilə zənginləşdirən görkəmli şair, ədib, pedaqoq, tərcüməçi  Abdulla Şaiqin 140 illiyinə həsr edilən  “Bas bağrına bu Şaiqi möhkəm, Vətən!” adlı onlayn  tədbir  keçirilib.

 

Təhsil Kompeksinin baş  direktoru Mina Əliyeva uşaq dünyasına yaxından bələd olan şairin orta məktəb dərsliklərinə salınan, məktəblilərin zövqünü oxşayan  əsərlərindən, onun təbiət gözəlliklərinə həsr olunan şeirlərindən bəhs edib.  Müəllimlər - Kamilə Yəhyayeva, Sahilə Mirzəyeva,  Afət Musayeva,  Leyla  Ələkbərova və Könül  Mahmudova da görkəmli  ədib haqqında  maraqlı  fikirlər səsləndiriblər.

 

Tədbirdə 3, 4 və 7-ci sinif şagirdləri Azərbaycan, rus, eləcə də  ingilis dillərində şeirlər söyləyiblər.  

 

Şairin nəvəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Abdulla Şaiqin mənzil muzeyinin direktoru Ülkər Talıbzadə və muzeyin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyevanın iştirak etdiyi tədbirdə  Abdulla Şaiqə həsr edilmiş videoçarx da  nümayiş olunub.

 

Sonda  kitabxananın  rəhbəri Ziba Şahbazova şagirdlərin mütaliəyə marağını artırmağa  xidmət edən  bu  tipli görüşlərin  davamlı keçirilməsinin vacibliyini bildirib. 

 

Sifai SƏFƏROVA

Xəbər lenti