Logo

Şotlandıyada təhsil alan azərbaycanlı məktəbli yüksək mükafata layiq görülüb

02.06.2021 18:13 93 baxış
IMG

Şotlandiyanın Aberden şəhərində yaşayan gənc soydaşımız Aliyə Orucova Aberden Beynəlxalq Məktəbinin "Academic Excellence" mükafatına layiq görülüb.


Tehsil.biz xəbər verir ki, Mürəkkəb proqramın tədris olunduğu yuxarı sinifdə təhsil alan yeganə azərbaycanlı olan Aliyə Orucova bu mükafata bütün fənlər üzrə yüksək qiymət aldığına və riyaziyyatın öyrənilməsində irəliləyiş əldə etdiyinə görə layiq görülüb.


Qeyd edək ki, bu, Aliyə Orucovanın yeganə uğuru deyil. İlin əvvəlində o, məktəbli həmkarı Eloiza Reydlə birlikdə Şotlandiyanın rəqəmsal texnologiyalar sektorundakı gender bərabərliyinə həsr olunmuş milli müsabiqədə qalib gəlib. “ADA festivalı” XIX əsrin ilk riyaziyyatçılarından olan Ada Lavleysə həsr olunub və informatika təhsili sahəsində gender bərabərsizliyinin aradan qaldırılmasına yönəldilib.


Xatırladaq ki, Aliyə Orucova rəssam soydaşımız Leyla Orucovanın qızıdır.

Xəbər lenti