Logo

UNEC-in 3 tələbəsi London Universitetini uğurla bitirdi

14.10.2020 13:54 559 baxış
IMG

UNEC-in 3 tələbəsi London Universiteti/London İqtisadiyyat Məktəbinin beynəlxalq bakalavr proqramından məzun olub.

 

UNEC-dən Tehsil.biz-ə verilən məlumata görə, Universitetin tələbələri ikinci kursdan beynəlxalq proqrama qoşularaq, hər iki universitetin dərslərini dinləyiblər. Dərslər UNEC-in təcrübəli müəllimləri tərəfindən London Universiteti/London İqtisadiyyat Məktəbinin proqramına əsasən tədris olunub. İmtahanlar isə London Universiteti/London İqtisadiyyat Məktəbi tərəfindən onlayn olaraq keçirilib.

 

4 illik təhsili müvəffəqiyyətlə bitirən tələbələr UNEC-in diplomunu əldə ediblər, London Universiteti/London İqtisadiyyat Məktəbinin diplomunun təqdimolunma mərasimi isə Londonda keçiriləcək.

Xəbər lenti